MEHDİYEV MƏHƏMMƏD FƏRMAN OĞLU

MEHDİYEV MƏHƏMMƏD FƏRMAN OĞLU

MEHDİYEV MƏHƏMMƏD FƏRMAN OĞLU

(1941) "Tətbiqi riyaziyyat və kibernetika" fakültəsinin dekanı vəzifəsində çalışır

1966-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuşdur. O, aspirantura təhsilini Rostov Dövlət Universitetində almışdır.

M.F.Mehdiyev 1975-ci ildə Rostov Dövlət Universitetinin ixtisaslaşmış Elmi şurasında namizədlik, 1989-cu ildə isə Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1994-cü ildə professor elmi adını almışdır.

M.F.Mehdiyev 1966-1991-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır. O, 1991-ci ildən BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində çalışır. 2008-ci ildən bu fakültənin dekanıdır.

Prof. M.F.Mehdiyevin elmi-tədqiqat istiqamətini Bütöv mühit mexanikasının riyazi məsələləri və Optimal idarəetmənin keyfiyyət məsələləri təşkil edir. Onun bu istiqamətdə 120-dən çox elmi məqaləsi və 5 monoqrafiyası var. O, eyni zamanda 4 dərslik və dərs vəsaitinin müəllifidir.

Prof. M.F.Mehdiyev 30 iyun 2001-ci ildə AMEA-nın mexanika ixtisası üzrə müxbir üzvü, 30 iyun 2014-cü ildə isə bu ixtisas üzrə həqiqi üzv seçilmişdir.

Akad. M.F.Mehdiyevin rəhbərliyi ilə 18 elmlər namizədi, 2 elmlər doktoru hazırlanmışdır.

2009-cu ildə Əməkdar elm xadimi adına layiq görülmüş prof. M.F.Mehdiyev eyni zamanda Avropa İttifaqının Elm və Sənaye Palatasının qızıl medalı ilə də təltif olunmuşdur.

Akademik M.F.Mehdiyev 1993-cü ildən Yeni Azərbaycan partiyasının üzvüdür. O, BDU-nun nəzdində fəaliyyət göstərən ixtisaslaşmış FD.02.016 saylı dissertasiya Müdafiə Şurasının sədri, Bakı Universitetinin Xəbərləri elmi jurnalının, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Xəbərləri (fizika, texnika və riyaziyyat elmləri seriyası) jurnalının redaksiya heyətinin üzvü və həmin jurnalın riyaziyyat və mexanika seriyasının baş redaktorunun müavinidir.

Əlaqə
Bakı Dövlət Universiteti, yeni bina 2-ci mərtəbə, 211-ci otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: (+99412) 538 25 18 / (+99412) 510 56 31 [email protected]
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət