Tətbiqi riyaziyyat və kibernetika fakültəsi “Elm günü”nə həsr olunmuş Elmi seminar
-lg.jpg)
BDU Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin elmi seminarında Tətbiqi riyaziyyat kafedrasının professoru Nəbiyev İbrahim Mayıl oğlunun “Yarım ayrılan sərhəd şərtli diferensial operatorların spektral xassələri” mövzusunda məruzə etmişdir.
Məruzədə müxtəlif sərhəd şərtli ikinci tərtib diferensial operatorlar üçün düz və tərs spektral məsələlərə dair son illərdə alınmış elmi nəticələr barədə məlumat verildi. Diferensial operatorların əsas spektral verilənlərinin öyrənilməsi düz spektral məsələ, müəyyən spektral verilənlərə görə operatorların bərpası isə tərs spektral məsələ adlanır. Spektral verilənlər olaraq bir, iki, üç və daha çox spektr, spektr və normallaşdırıcı ədədlər, spektral funksiya, spektr və işarələr ardıcıllığı, spektr və normallaşdırıcı ədədlər, səpilmə verilənləri, Veyl funksiyası və başqaları götürülür. Tərs məsələlər mexanikada, fizikada, geofizikada, elektronikada, meteorologiyada və elmin və texnikanın digər sahələrində geniş tətbiq edilir. Seminarda ayrılmayan sərhəd şərtlərində spektral parametr olan hallarda bərpa məsələlərinə dair yeni nəticələrdən bəhs ediləcək.
Seminarın sonunda professor İbrahim Nəbiyev seminar iştirakçılarının çox saylı suallarını cavablandırdı.