Fakültənin tələbələri Şəhid olmuş tələbələrin ailələrinə ziyarət etdilər
Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri 25 oktyabr 2020-ci il tarixində 44 günlük haqq savaşında şəhid olmuş İman və Bəhrəm qardaşlarının evini ziyarət etmişlər. Atası Elman kişi onları mehriban qarşıladı. Məğrur duruşu ilə "Allah rəhmət eləsin" kəlməsini başını dik tutaraq "Vətən sağ olsun!" cümləsi ilə tamamladı. Şəhid qardaşlarının atasının onların haqqında verdiyi məlumat qısa olsada cox maraqlı idi. Sonda isə oğullarının vətənpərvərlik nümunəsi olaraq gənc nəsil üçün örnək olmasının qəlblərinə bir təskinlik verdiyini bildiriblər.