“Aktuar riyaziyyatının inkişafında ehtimal nəzəriyyəsinin rolu” mövzusunda seminar keçirilmişdir.
17 may 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakultəsində “Aktuar riyaziyyatının inkişafında ehtimal nəzəriyyəsinin rolu” mövzusunda seminar keçirilmişdir.
Seminarı “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasının müdiri, professor Rövşən Əliyev açaraq Aktuar riyaziyyatnın ehtimal nəzəriyyəsinin mühüm tətbiq sahələrindən biri olduğunu vurğulamış və bu gün fakültədə bu sahənin inkişafına xüsusi önəm verildiyini bildirmişdir. Sonra o, sözü məruzəçi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin sektor müdiri, f.r.e.n. Tofiq Məmtiyevə vermişdir.
O, öz çıxışında aktuar riyaziyyatının yaranması və inkişaf mərhələləri barədə danışmışdır. Məruzəçi ehtimal nəzəriyyəsinin anlayışlarının, düsturlarının və metodlarının sığorta praktikasında tətbiqinə dair misallar göstərmişdir. Bunlardan əlavə, o, seminar iştirakçılarına sığorta şirkətinin müflisləşməsinin dinamik modeli ilə bağlı klassik nəzəriyyədə alınan nəticələr barədə ətraflı məlumatlar vermişdir.