“Narkomaniya-Ağ ölüm” adlı tədbir keçirilmişdir.
06.03.2023-cü ildə Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin və Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya-Ağ ölüm” adlı tədbir keçirilmişdir. Tədbirdə Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov, Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekan müavini Şamo Cəbrayılov bildirdi ki, narkotik maddələrin qanunsuz dövriyyəsi, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından hər birimizin əsas məqsəd və vəzifələrdəndir. Sağlam, milli-mənəvi dəyərlərə sadiq nəslin formalaşması, narkomaniyaya qarşı həyata keçirilən tədbirlər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün artıq narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, Dövlət proqramına əsaslana davamlı siyasətdir. Natiqlər pis vərdişlərin keçmişdə və bu gündə insanların həyat fəaliyyətinə mənfi təsir etdiyini, gəncləri içki, siqaret və narkotik kimi pis vərdişlərdən uzaq olmağ tövsiyyə etdilər. Tədbirdə Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev, sədr müavini Zenfira Hüseynzadə və Kimya fakültəsinin IV kurs tələbəsi Hüseyn Quluzadə yeniyetmə və gənclər arasında narkomaniya qarşı mübarizə məqsədi ilə maarifləndirmə işlərinin genişləndirilməsinin prioritet məsələ olduğun, narkotik maddələrin cəmiyyətə arzuolunmaz təsiri, narkotik bitki və maddələrin mənşəyi, tərkibi, yayılma formaları, törətdikləri fəsadlar haqqında geniş məlumat vermişlər. Narkomaniyayanın acı nəticələri, ağ ölümə qarşi mübarizə tədbirlərinə aid videocarx nümayiş olunmuşdur.